İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi tərəfindən fizika sahəsində 2019-cu ilin Nobel mükafatı laureatlarının adları  elan olunub.

 

Bu il Nobel mükafatına fiziki kosmologiya sahəsində nəzəri   kəşflərə görə  üç  alim- amerikalı Ceyms Pibls, eləcə də İsveçrədən olan Mişel Mayor və Didye Keloz  layiq görülüb. Nobel Komitəsi  alimlərin  kəşfini astronomiyada inqilab adlandırıb. Ceyms Pibls mükafat fondunun (1 milyon dollar) 1/2-ni alacaq. Mükafatın qalan hissəsi Mişel Mayor və Didye Keloza  arasında bölüşdürüləcək.

 

Oruc MUSTAFAYEV