Bakı Mühəndislik Universitetinə (BMU) abituriyentlərin ekskursiyasına başlanılıb. Bu dəfə “Unikal” Tədris Mərkəzinin müəllim və abituriyentləri universitetin qonağı olublar.

    

Abituriyentlərə BMU və burada tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Qonaqlar ali tədris ocağının kimya mühəndisliyi, mexanika, fizika, biologiya, kompüter laboratoriyaları və İKT mərkəzi ilə tanış olub, elmi təcrübələri yaxından izləyiblər. Universitetin tələbələri abituriyentləri BMU-nun sosial və tələbə həyatı ilə yaxından tanış ediblər.

     

Kursun müəllimləri və abituriyentləri əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını bildiriblər. Onlar ekskursiyanın yüksək səviyyədə təşkili və onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.