Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və “İNNOLAND” Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Prezident  yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, “AgroX” müsabiqəsinin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviq edilməsi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.

 

AgroX” innovasiya proqramı üzrə müsabiqəyə 52 layihə təqdim olunub. 12 layihə texniki-iqtisadi baxımdan məqbul sayılaraq növbəti mərhələyə buraxılıb.

 

Daha sonra “AgroX” İnnovasiya Proqramı çərçivəsində görülmüş işlərə yekun vurulub, 12 aqrar startapçılar  arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb.

 

Müsabiqədə Gəncə Dövlət Universitetinin “Antivarron” layihəsi 1-ci yerə layiq görülərək , 6 min manat pul mükafatı qazanıb.