Hər il olduğu kimi oktyabrın 10-u Avropa Qayaüstü İncəsənəti Günü qeyd  olunur. Bu hadisə “Avropa İrs günləri” layihəsi çərçivəsində keçirilən tədbirlər sırasına daxil edilib.

 

“İçərişəhər”də  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzi “Bəşəriyyətin ilk incəsənəti” adlı beynəlxalq  tədbirdə PRAT-CARP (Prehistoric Rock Art Trails/ Cultural Routes of the Council of Europe) təşkilatının elmi eksperti Məlahət Fərəcovanın “Bəşəriyyətin ilk incəsənəti” adlı məruzəsi maraqla  dinlənilib.

  

Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri mövzuya dair “Pantomima səhnəsi” təqdim ediblər. Gənc rəssamlar “Dostluq karikaturası” çəkiblər.

 

Qeyd edək ki, qalib olan 3 gənc rəssamın əsərləri PRAT-CARP təşkilatına göndəriləcək və seçilən bir rəsm səyyar sərgidə iştirak edəcək. 

 

Qeyd edək ki, sonda  qalib olan rəssamlar sertifikat və hədiyyələrə layiq görülüblər.

 

Sifai SƏFƏROVA