Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndəsi  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüş keçirib. Görüşdə Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ayşə Qurbanova da iştirak edib.

 

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova səfərin TDƏŞ-in 14-15 oktyabrda Bakıda  7-ci Zirvə görüşü ilə bağlı olduğunu, Bakı forumunun yüksək səviyyədə keçiriləcəyinə ümidvar olduğunu deyib.

 

TDƏŞ Katibliyindən layihə direktoru Yıldız Uzakova “TDƏŞ-in fəaliyyəti: görülmüş işlər və inkişaf perspektivləri” mövzusunda mühazirəsi ilə çıxış edib, tələbələrə təşkilatın fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O, Şuraya üzv olan türkdilli dövlətlərin universitetlərinin tələbələri arasında münasibətlərin hazırkı vəziyyətindən, güclü koordinasiya və əməkdaşlıq imkanlarından da danışıb.

 

Sonra tələbələr qonaqlara onları maraqlandıran suallar ünvanlayıblar.