13-cü Beynəlxalq Təhsil sərgisində Təhsil Nazirliyi geniş pavilyonda iştirak edir. Bu pavilyonda Peşə Təhsili üzrə Dövlət Agentliyi də təmsil olunur.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun sözlərinə görə, builki sərgidə, ümumilikdə 9 peşə təhsil müəssisəsi 15-dən çox peşə bacarığını nümayiş etdirir.

 

O bildirib ki,  sərgidə, həm müasir sənaye, həm də ənənəvi ixtisaslar ziyarətçilərə təqdim olunur: ”Sərgi çərçivəsində peşə təhsili ilə bağlı ustad dərsləri təşkil olunur. Bu dərsləri keçməkdə məqsədimiz gənclərdə peşə təhsilinə maraq oyatmaq və onların gələcəkdə peşə seçiminə yardım etməkdir”.