Yeniyetmə və gənclər arasında keçirilən cüdo üzrə beynəlxalq “Təhsil Kuboku”na yekun vurulub.

 

İki gün davam edən yarışlarda  Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Sloveniya, Macarıstan, Ukrayna, Özbəkistan, Latviya, Niderland, İraq və Qazaxıstan olmaqla 12 ölkənin idmançıları mübarizə aparıb.

 

Müxtəlif çəki dərəcəsində 2000-2007-ci il təvəllüdlü idmançıların qatıldığı yarışlarda 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri 3 qızıl, 3 gümüş və 4 bürünc olmaqla ümumilikdə 10 medal qazanıb. 

 

Turnirin nəticələrinə əsasən komanda hesabında Gürcüstan I yer, Azərbaycan II yer, Rusiya isə III yerə layiq görülüb.

 

Qeyd edək ki, “Təhsil Kuboku” Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə keçirilib.