Naxçıvan Müəllimlər İnstitutu  dünyanın ən böyük təhsil sərgilərindən olan Akare Beynəlxalq Təhsil Sərgisində iştirak edib. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş  təhsil sərgisində Naxçıvan Müəllimlər İnstitutunu institutun əməkdaşı Nicat Yaqubov təmsil edib.

 

Qeyd edək ki, ABŞ, İngiltərə, Avstraliya, Kanada və başqa ölkələrin nüfuzlu universitetlərinin təmsil olunduğu sərgidə ümumilikdə 30 fərqli ölkədən 200 universitet və təhsil qurumu iştirak edib.

 

Sərgi zamanı instituta müraciət şərtləri, təhsil haqqı, ölkənin təhsil sistemi və s. haqqında iştirakçılara ətraflı məlumat verilıb, çoxsaylı müraciətlər cavablandırılıb.

 

Sərgidə eyni zamanda, institutun bakalavriatura, magistratura və doktorantura proqramları haqqında ətraflı məlumat verilıb. Bunlarla yanaşı, sərgi müddətində institutun gələcək beynəlxalq əlaqələrinin inkişafı baxımından mühüm ikitərəfli məsləhətləşmələr aparılıb.