Göyçay şəhəri 2 nömrəli tam orta məktəbdə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə təlimləri keçirilib.

 

Təlimlərin keçirilməsində məqsəd mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili və həyata keçirilməsi olub. Təhsil Nazirliyinin dəstəyi və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimlər həmçinin məktəbin müəllim və şagird heyətinin fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə maarifləndirilməsi, təlim iştirakçılarının fövqəlаdə halların nəticələrinin аrаdаn qаldırılmаsı işinin təşkili sаhəsində bilik və bacarıqlarının artırılmasına nail olmaq olub.

 

Daha sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində Göyçay Rayonu İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir müavini Elnur Əliyev, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəis müavini, polkovnik Cavanşir Həşimov və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  müşavirə keçirilib.