Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının və ADNSU-nun təşkilatçılığı ilə universitetin tələbələri arasında “Qarabağ Azərbaycandır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

 

Millət vəkili Məlahət İbrahimqızı ölkəmizin ərazi bütövlüyündən danışaraq  Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu vurğulayıb. Bildirib ki, bu gün Azərbaycanın adı dünyada ən güclü dövlətlər sırasında çəkilir:”Dövlət başçısının apardığı uzaqgörən siyasət müasir Azərbaycan dövlətini güclü, yenilməz edib. Eyni zamanda, Azərbaycanda vətənpərvər gənclər yetişir və belə gənclər Azərbaycan ordusunun əsasını təşkil edir. Əlbəttə, qətiyyətli lider və vətənpərvər oğullarımız sayəsində əzəli Azərbaycan torpağı olan Qarabağ düşmən tapdağından azad ediləcək”.

 

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru Ata Babayev  çıxışında  gənclərə  hər zaman vətənlərini sevməyi, layiqli vətəndaş olmağı tövsiyə edib.

 

Sonra auditoriyada inşa yazılarının başlanmasına start verilib. Nəticələr müətəxəssislər tərəfindən yoxlanıldıqdan sonra qaliblər müəyyən olunacaq.