Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 12 noyabr - Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı  dövlətin ali  sənədi olan Konstitusiyanın qəbul olunması tarixindən, onun əhəmiyyətindən və vətəndaşlara verdiyi hüquqlardan danışıb. Rektor, həmçinin Azərbaycanın müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyasının hazırlanmasının təşəbbüskarının ulu öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb. 

 

Millət vəkili, professor Hüseynbala Mirələmov isə Konstitusiyanın yaranmasını şərtləndirən tarixi hadisələrə diqqət çəkib.

 

ADNSU-nun İctimai fənlər kafedrasının dosenti Nail Məmmədov Konstitusiyanın dövlətin inkişafında oynadığı roldan və bu ali sənədin  hüquqi, sosial, siyasi, tərbiyəvi funksiyalarından da danışıb.