Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin, Azərbaycan ədəbiyyatı kafedrasının və AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər Cəfərov məktəbi” mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbirdə bir sıra alimlərin akademikin çoxcəhətli yaradıcılığını  geniş və ətraflı əhatə edən məruzələri dinlənilib.

 

Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev mövzu ətrafında çıxış edərək, bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

 

Tədbirin sonunda Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən hazırlanan “Akademik Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” adlı kitabı təqdim edilib. Kitabın bir neçə nüsxəsi BSU-nun kitabxanasına hədiyyə olunub.