Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcək naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə “UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği” layihəsinin 82 saylı tam orta məktəbdə açılış mərasimi və ilk təlimi keçirilib.

 

Layihənin təlimçisi Vüsal Ömərov deyib ki, layihənin məqsədi Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri olan xalçaçılıq sənətinin və kəlağayılarımızın yeniyetmə və gənclər arasında təbliğatını aparmaq, onları bu haqqda maarifləndirmək,  onların bu istiqamətdə fikir və biliklərinin daha da möhkəmlənməsi üçün rəsm və inşa müsabiqələri təşkil etməkdən ibarətdir. Xalça və kəlağayını Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz nümunələri adlandıran V.Ömərovun sözlərinə görə, Azərbaycan xalqı dünya xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyasına və xalça sənəti üzrə öncül yerə malikdir.

 

Sonda təlimdə fəal iştirak edən bir qrup şagird “Gələcək naminə” vətəndaş cəmiyyətininin inkişafına dəstək ictimai birliyi tərəfindən hazırlanmış sertifikatlarla təltif olunub.