AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birlikdə orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə  kimya elminin inkişafına töhfə verən və bəşər tarixində silinməz izlər qoyan görkəmli qadın kimyaçıların rolu haqqında “Kimya elminin inciləri” mövzusunda tədbir keçirib.

 

İnstitutun direktoru, akademik Vaqif Abbasov şagirdlərə Azərbaycanın görkəmli kimyaçı qadınları -  İzzət Orucova, Elmira Süleymanova, Fəzilə Səmədova haqqında məlumat verib, onları hazırda  Neft-kimya Prosesləri  İnstitutunda çalışan elmlər doktorları olan qadınlarla da tanış edib.

 

Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi Günay Nəsibova Maria Sklodovskaya-Küri, İren Jolio-Küri, Vera Arsenievna Balandina, Margarita Karlovna Vrangel, Mariya Anna Lavuazye və b. kimi məşhur qadın kimyaçıların həyat və yaradıcılıqları barədə  maraqlı təqdimatı uşaqların diqqətinə çatdırıb.