Mayın 2-də SOCAR-AQŞ-nin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  III kurs tələbələri ilə görüşüb.

 

Görüşdə SOCAR-AQŞ-nin fəaliyyət istiqamətləri, şöbələr, yay təcrübə proqramı, həmçinin vakansiyalar haqqında videotəqdimat nümayiş olunub. Sonra SOCAR-AQŞ-də ödənişli yay təcrübə proqramı haqqında tələbələrə ətraflı məlumat verilib. Hazırda SOCAR-AQŞ-də işləyən ADNSU tələbələri və məzunları tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.

 

SOCAR-AQŞ-nin yeni texnologiyalar və texniki limit şöbəsinin müdiri Nazim Rəhimov qurumun gerçəkləşdirdiyi layihələr haqqında məlumat verib. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.