Bakı Mühəndislik Universitetində (BMU) “Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyəti və tənqidi görüşləri” mövzusunda seminar keçiriləcək.

 

Tədbirdə millət vəkili, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, 175 nömrəli tam orta məktəbin direktoru, fil.ü.f.d. Tural Mirzəliyev məruzələrlə çıxış edəcəklər.

 

Seminardan sonra T.Mirzəliyevin “Əhməd bəy Ağaoğlu” adlı kitabının təqdimatı olacaq.

 

Qeyd edək ki, Prezident İlham Əliyev “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.  Qeyd olunan sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyi cari ilin 3 iyul tarixində Tədbirlər Planını təsdiq edib.