Dekabrın 6-da Təhsil naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Sami Abdullah Ğoşeh ilə görüşüb.

 

Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.