Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının birgə təşəbbüsü ilə “Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi təşkil olunub.

 

Mərkəzi Nəbatat Bağında keçirilən sərginin məqsədi gənclərin ekoloji sahəyə marağının artırılması və bu mövzuda maarifləndirilməsi, onların yaradıcılıq potensiallarının dəstəklənməsi, sosial təşəbbüskarlıqlarının stimullaşdırılmasıdır.

 

Sərgidə 14-29 yaşlı gənclərin dəzgah rəngkarlığı, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üzrə ekoloji mövzuda əl işlərinin nümayişi, eləcə də gənclərin iştirakı ilə eko-tamaşa, eko-viktorinalar baş tutub. Fərqlənən işlər Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıb.

 

Məlumat üçün bildirək ki, ekoloji layihə olan bu sərgidə yeniyetmə və gənclərin 200 -ə yaxın əsəri nümayış etdirilib.