Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ernst & Young” şirkətinin Azərbaycan nümayəndəliyinin əməkdaşları tələbələr üçün infosessiya keçiblər.

 

UNEC-dən  bildirilib ki, interaktiv formatda keçən görüşdə şirkətin fəaliyyət istiqamətləri, işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları barədə məlumat verilib. Həmçinin maliyyə, mühasibat və iqtisadiyyat ixtisaslarının məzunları, yuxarı kurs tələbələri üçün nəzərdə tutulan təcrübə və iş təkliflərinin şərtləri açıqlanıb.

 

Xatırladaq ki, “Ernst & Young” Londonda yerləşən və dünyanın ən nəhəng peşəkar xidmət şəbəkələri sayılan “Böyük dördlük” şirkətlərindən biridir. Dünyanın 150 ölkəsində 5000 müştəriyə korporativ xidmət göstərən “Ernst & Young” şirkətinin nümayəndəliyi 25 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir.