Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbəsi Elsəvər Alıyev kikboksinq idman növünün Bakıda keçirilən dünya kubokunda yer tutub. O, fri-kontak versiyası üzrə 85 kq çəkidə qüvvəsini sınayaraq gümüş medal qazanıb.

 

Dizayn ixtisasının tələbəsinin bu uğuru UTECA-da sevinclə qarşılanıb. Rektor Akif Süleymanov Elsəvər Alıyevin nailiyyətini yüksək qiymətləndirib və ona növbəti yarışlarda uğurlar arzulayıb.