“Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır.

 

AZƏRTAC xəbər verir ki, bu fikri dekabrın 27-də “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə başlanılması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və İdman naziri Azad Rəhimov bildirib.

 

Nazir vurğulayıb ki, “Yüksəliş” çox maraqlı bir müsabiqədir və insanların qarşısında yeni imkanlar açacaq. İnsanlar bu müsabiqə vasitəsilə istədikləri vərdişlərə yiyələnə biləcəklər.