Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Qeyd edək ki, 24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilib. Ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.