“İRS-Herıtage” beynəlxalq jurnalın növbəti sayında AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, dosent Emin Şıxəliyevin “Xristianlığın ilk şəhid milləti” ermənilərdirmi?” mövzusunda məqaləsi dərc olunub.

 

Rus dilində çap olunan məqalədə “böyük erməni tarixi”ni yaratmaq üçün “Nuhun nəvələri və varisləri”, “vəd olunmuş torpaqlar”, “yer üzünün ilk xristian etnosu və dövləti” kimi iddialar ortaya atan, tarixlərini real olaraq deyil, görmək istədikləri kimi dəyişdirməyə çalışan erməni yalanlarından bəhs edilir.

 

Qeyd olunur ki, erməni iddialarından biri də “xristianlığın ilk şəhid milləti” iddiasıdır ki, bu da 1915-ci il hadisələrini müsəlman-xristian toqquşması kimi bütün dünya ictimaiyyətinə təhrif olunmuş şəkildə tanıtmaqdan ibarətdir. Məqalədə bildirilir ki, ermənilərin “din” strategiyasının qaranlıq pərdəsi altında ərazi iddiaları və “dənizdən-dənizə böyük Ermənistan” dövləti arzuları  yatır.