BMT Baş Assambleyasının 74-cü sessiyasının prioritetləri açıqlanıb


BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande 74-cü sessiyanın sentyabrın əvvəllərinədək davam edəcək işinin prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, sülh və təhlükəsizlik, aclığa qarşı mübarizə, təhsil, iqlim dəyişmələri müzakirə predmeti olan əsas mövzulardır.

 

Baş Assambleyanın prezidenti bildirib ki, iyunda Lissabonda okeanlara dair konfrans keçiriləcək, fevralda isə həmin konfransa hazırlıq çərçivəsində BMT-də yeddi “interaktiv dialoq” olacaq. Dialoqların məqsədi ondan ibarətdir ki,  konfransın yekunlarına dair qəbul edilməsi planlaşdırılan deklarasiyanın müddəaları razılaşdırılsın.

 

Biomüxtəliflik məsələlərinə dair sammitə hazırlıq yanvardan başlayacaq.

 

Baş Assambleyanın prezidenti iyunda səhralaşmaya və quraqlığa qarşı mübarizə məsələlərinə dair yüksək səviyyəli dialoq keçirəcək.