Xaçmaz şəhərindəki  6 saylı tam orta məktəbdə əsaslı təmir-bərpa işləri aparılır. Ötən ilin iyul ayından başlanan təmir-bərpa işlərinin mart ayında başa çatdırılması planlaşdırılır.

 

Qeyd edək ki, 1976-cı ildə tikilib istifayə verilən bu məktəb köhnəldiyindən, tədrisə yaramırdı və 1500-ə yaxın şagirdə təhsil şəraiti yarada bilirdi. Əsaslı  təmir-bərpadan sonra isə 2 minə yaxın şagirdin təhsil almasına imkan yaranmış olacaq.    

 

Verilən məlumata görə, artıq binanın çölündə suvaq işləri, dam örtüyünün dəyişdirilməsi başa çatdırılıb. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Məktəb müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Təmir-bərpadan sonrakı yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.