Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin İctimai Etimad Şurası imtahan prosesini izləyib.

 

Şura üzvləri – Sahib Məmmədov, İlham Şaban, Səadət Məmmədova, Nərminə Əliyeva, Məzahir Babayev və media nümayəndələri imtahan keçirilən auditoriyaları gəzərək, müəllim və tələbələrin hazırlığı, həmçinin imtahan üçün yaradılan şəraitlə tanış olublar.

 

Sonra İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. Rektor universitetdə  görülən işlər barədə onlara  məlumat verib. Bildirib ki, son illər ali məktəbdə  olan yeniliklər, ilk növbədə tələbələrin yüksək səviyyədə təhsil almasına hesablanıb və artıq nəticələr də var. M.Babanlı təhsil və tədris prosesinin, eyni zamanda dərs vəsaitlərinin müasir çağrışlara uyğun hazırlandığını diqqətə çatdırıb.

 

Sonra şura üzvləri ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşüblər.