Yanvarın 15-də Təhsil Nazirliyinin SABAH qruplarında 2019-2020-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqəyə qeydiyyat bu gün yekunlaşır.

 

İndiyədək 348 namizəd müsabiqədə iştirak üçün qeydiyyatdan keçib.

 

Müsabiqəyə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik,  dinamik, pozitiv və ünsiyyətcil namizədlər qatıla bilərlər.

 

Qeyd edilən tələblərə cavab verən namizədlər bu gün saat 24:00-dək müraciət formasını (https://forms.gle/PKmsbF618C9spByc7) doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər.

 

Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/sabah-qruplarina-2019-2020-ci-tedris-ilinin-yaz-semestrine-muellim-qebulu daxil olaraq əldə edə bilərsiniz.