Paytaxtdakı Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Ümid” beynəlxalq müsabiqəsində uğurla çıxış  ediblər. Belə ki,  məktəbin xor kollektivi və vokal üzrə solistləri- A.Hüseynova, H.Şəfiyev, F.Mənsurova  birinci yeri tutublar. Tar ixtisası üzrə III sinif şagirdi Z.Paşazadə və II sinif şagirdi Q.Ramazanlı isə birinci yerə layiq görülüblər.

 

Qeyd  edək ki, skripka ixtisası üzrə VI sinif şagirdi R.Ramazanova birinci yeri qazanıb. Vokal ixtisası üzrə A.Hüseynova, H.Şəfiyev, F.Mənsurova isə müsabiqənin laureatı olublar.       

 

Sifai SƏFƏROVA