Bakı şəhəri Yasamal rayonu 175 saylı məktəbdə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə  qəhrəmanlıq səhifəsi kimi  yazılan 20 Yanvar faciəsinin 30- cu  ildönümünə həsr olunmuş " Azadlığa gedən yolun zirvəsi' adlı anım tədbiri  keçirilib.

 

Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak ediblər.

 

Məktəbin Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Fizuli Əzizov bu qanlı faciə haqqında məlumat verdikdən sonra şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirilib,  mahnılar söylənilib, səhnəciklər nümayiş olunub.

 

Sagirdlər tərəfindən  nümayiş etdirilən ədəbi- bədii kompozisiyada 6 d sinif sağirdlərindən- Araz, Gövhər, Səadət, Rəhman, Akif, Nuranə, 8 d sinif şagirdlərindən- Nərgiz, Aylin, Zəhra, Nəsimi, Pəri, Ayan, 9 d sinif şagirdi Elnarə, 11-ci sinif şagirdlərindən Aygün və Ülvü  fəal   iştirak  ediblər.

 

Tədbirdə iştirak edən Bakı Dövlət Universiteti hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru, professor  Əmir Əliyev, Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Fuad Babayev və “Tərəqqi” liseyinin  direktoru Nasim Abışov çıxışlarında  20 Yanvar hadisəsini  qanlı faciə adlandırıb, keçmiş sovet imperiyası ordusu qarşısına sılahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin hər zaman xalqımızın xatirəsində qəhrəman kimi qalacaqlarını vurğulayıblar.  Tədbirin sonunda çıxış edən məktəbin direktoru,  fəlsəfə  doktoru Tural Mirzəliyev belə tədbirlərin şagirdlərdə milli qürur hissinin formalaşdırılmasında oynadığı müstəsna roldan danışıb. O,  vətənpərvərlik  təbliği baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsini əhəmiyyətli hesab edib və şagirdləri vətənpərvərliyə səsləyib.