Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün yanvarın 18-də keçirilən xarici dil üzrə elektron sınaq imtahanının nəticələri açıqlanıb.

 

Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) yazı bloku üzrə esselərə verilən qiymətləri öz  saytında cədvəldə təqdim edib.

 

DİM esse yazısını maksimum 10 balla dəyərləndirib. İki və daha artıq balla qiymətləndirilən esseləri isə  məqbul hesab edib.

 

Oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku üzrə də imtahanlar  keçirilib və onların nəticələri  yanvarın 18-də, imtahan yekunlaşdıqdan dərhal sonra iştirakçılara arayış formasında təqdim olunub.