Təhsil Nazirliyinin SABAH qruplarında 2019-2020-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə müsabiqədə iştirak üçün 27 vakant yer üzrə 351 namizəd qeydiyyatdan keçib.

 

Hazırda müraciətlərin ilkin qiymətləndirilmə mərhələsi keçirilir. Sənədləri uyğun olan namizədlərə müsahibə mərhələsinə dəvət barədə məlumat göndəriləcək.

 

II mərhələ başa çatdıqdan sonra müsabiqə nəticələrinin ümumi yekun  qiymətləndirilməsi aparılacaq.