"Təhsil" televiziyasının “Dövlət Proqramı məzunları” rubrikasının budəfəki qonağı ADA universitetinin prorektoru Fariz İsmayılzadədir. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən “IE Business School”da (Instituto de Empresa Business School) biznesin idarə olunması ixtisası üzrə magistraturanı bitirib.

 

Fariz İsmayılzadə Azərbaycan diplomatiyasinin 100 illiyi münasibətilə diplomatik xidmət orqanlarinda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medali ilə təltif edilib.