AMEA -nın Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Rusiya İctimai Coğrafiyaçıları Assosiasiyasının  “Azərbaycanda və Rusiyada insan coğrafiyası: XXI əsrdə inkişafın əsas yolları” adlı toplu nəşr olunub.

 

Kitabda 2018-ci ilin mayında Bakı şəhərində keçirilən Azərbaycan və Rusiya ictimai coğrafiyaçılarının beynəlxalq konfransının materialları toplanıb. Konfransda “İctimai coğrafiya” elminin (İnsan coğrafiyası) qarşısında duran vəzifələr, onların hazırda yerinə yetirilməsinin vəziyyəti, elmi- tədqiqatların prioritet istiqamətləri, onların həlli yolları müzakirə edilib.

 

Qeyd edək ki,  toplu elmi işçilər, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün maraqlı olacaqdır.