Abşeron rayon Xırdalan şəhər on bir illik musiqi məktəbində “Balaca virtuoz” adlı birinci etüd müsabiqəsi keçirilib.  Məktəbdaxili müsabiqə fortepiano şöbəsində təhsil alan şagirdlər arasında  baş tutub. Müsabiqə məktəbin fortepiano ixtisası üzrə müəllimi Arzu Manafovanın təşəbbüsü ilə reallaşıb. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texniki cəhətdən ifaçılıq bacarıqlarını və istedadlarını üzə çıxarmaq, inkişaf etdirməkdən  ibarət olub.

 

Qeyd edək ki, hər bir musiqi məktəbində, hətta region üzrə də ayrı-ayrı ixtisaslar üzrə keçirilməsi nəzərdə tutulan müsabiqələr gələcəkdə şagirdlərin respublika və beynəlxalq  festivallara  qatılmasına imkan yaradır.

 

Sifai SƏFƏROVA