Neftçalada 746 azyaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub, beləliklə, rayonun 31 ümumtəhsil məktəbində 41 məktəbəhazırlıq qrupu yaradılıb.

 

Qruplarlarda məşğələləri təcrübəli ibtidai sinif müəllimləri aparır. Azyaşlılar dövlət tərəfindən əyani vəsaitlərlə də təmin olunublar.

 

Qeyd edək ki, hazırlıq qruplarının yaradılması Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən həyata keçirilir və Neftçalada sənədlərin səbulu ötən il avqustun 15-dən  sentyabr ayının sonunadək aparılıb.  

 

Nəticədə rayonda 89,3 faiz uşaq məktəbəhazırlıq kurslarında iştirak edir.