Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycanda Mercedes-Benz avtomobillərinin rəsmi dileri olan “Abşeron Avtomobil Mərkəzi” və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) ilə əməkdaşlığa başlayıb.

 

Hər iki tərəfin nümayəndə heyəti arasında keçirilən görüş zamanı qarşılıqlı razılaşma əsasında Mərkəzdə avtomobil ixtisası üzrə təhsilalanların peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramı və eləcə də ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların təşkili nəzərdə tutulub. Həmçinin, yüksək nəticə göstərən təhsilalanlar üçün Abşeron Avtomobil Mərkəzində (Mercedes-Benz) iş imkanlarının yaradılmasına dair razılıq da əldə olunub.