Respublika Uşaq Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü  münasibətilə “Yaşa” Mərkəzində “Kitabla sevinək – kitabla yaşayaq” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə etməsinə şərait yaratmaq, onların  mütaliəyə marağını artırmaqdan ibarət olub.

 

“Kitabxana və Könüllülər - yeni imkanlar məkanı” layihəsi çərçivəsində baş tutan tədbirdə kitabxananın direktoru Şəhla Qəmbərova Beynəlxalq Kitab Bağışlama Günü haqqında  söhbət açıb.

 

Sonda kitabxana tərəfindən 150-dən çox kitab və jurnal  “Yaşa” Mərkəzinə hədiyyə edilib.

 

Sifai SƏFƏROVA