Bakı Dövlət Universitetində (BDU) “Psixoloji yardım sektoru”nun açılışı olub.  

Ali təhsil ocağının professor və müəllimlərinin iştirak etdiyi mərasimdə BDU-nun rektoru Elçin Babayev universitetdə həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.

 

Rektor BDU-da yaradılan “Psixoloji yardım sektoru” barədə məlumat verib, onun əhəmiyyətini vurğulayıb.

 

Tədbirdə çıxış edən alimlər “Psixoloji yardım sektoru”nun səmərəli xidmət göstərəcəyinə əminliklərini bildiriblər.

 

Sonda tədbir iştirakçıları “Psixoloji yardım sektoru” ilə tanış olublar.