Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və qurumun digər nümayəndələri ilə görüşüb. 


BDU və “AzerGold” QSC arasında imzalanmış protokola uyğun olaraq keçirilən görüşdə illik müştərək fəaliyyət planı müzakirə olunub.

 

Protokola uyğun olaraq universitetdə "AzerGold" QSC-nin fəaliyyəti ilə bağlı  təqdimatın keçirilməsi, gənc mütəxəssislər üçün "Universitetdən karyeraya uğurlu keçid" mövzusunda seminarların təşkili, universitet tərəfindən keçiriləcək Karyera həftəsində "AzerGold" QSC-nin əməkdaşlarının iştirakının təmin edilməsi, o cümlədən Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinə göndərilməsi həyata keçiriləcək. Görüşdə, həmçinin “AzerGold” QSC-nin əməkdaşları tərəfindən BDU-da təhsil alan tələbələr üçün müvafiq proqramlar üzrə master-klassların təşkili, eləcə də universitet tələbələrinə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim - seminarın keçirilməsi barədə də ilkin razılıq əldə olunub.