Türkiyənin Azərbaycandakı fövqəladə  və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

 

Universitetin rektoru Vilayət Vəliyev səfirə ali məktəbdə aparılan islahatlar və bu yaxınlarda AzTU nümayəndə heyətinin Türkiyəyə işgüzar səfərinin nəticələri barədə danışıb. Rektor İstanbul və Ankara şəhərlərinin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər haqqında ətraflı məlumat verib.

 

Dəvətə görə təşəkkürünü bildirən səfir Erkan Özoral Türkiyədə keçirilən görüşləri AzTU üçün faydalı hesab etdiyini vurğulayıb.

 

O qeyd edib ki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün  səylərini əsirgəməyəcək.