İmişli rayonunun Yalavac kənd tam orta məktəbində ötən ilin məzunları ilə görüş keçirilib. Görüşdə respublikanın müxtəlif ali məktəblərində təhsil alan  məzunlar müəllimlər, şagirdlərlə səmimi söhbət edib və məktəb xatirələrini bölüşüblər.

 

Məktəbin direktoru Niyar Fərəcova ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatlardan danışıb və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Məzunlar 11 il təhsil aldıqları doğma məktəblərini unutmayacaqlarını,  ali təhsil müəssisələrinə qəbul olduqlarına görə məktəb rəhbərliyinə və onlara dərs deyən müəllimlərə borclu olduqlarını bildiriblər.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul  şəxsi