AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident sərəncamını xatırladıb, sözügedən sənəddən irəli gələrək Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən danışıb.

 

Alim, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinin Bölmədə qeyd edilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdırıb. Tədbirlər Planı Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.

 

Daha sonra İ. Hacıyev 70 illik yubileyləri münasibətilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərliyə AMEA-nın, Bioresurslar İnstitutunun torpaqlar ehtiyatları laboratoriyasının rəhbəri, dosent Sahib Hacıyevə isə Naxçıvan Bölməsinin Fəxri fərmanlarını təqdim edib.

 

Tədbirdə, həmçinin elmi təşkilatların bir sıra əməkdaşlarının 2020-ci il üçün tədqiqat planlarının təsdiqi, elmi-təşkilati və cari məsələlərə baxılıb.