Azərbaycan Texniki Universitetində (AzTU) “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filmi  nümayiş olunub.

 

Tədbirdə iştirak edən AzTU-nun prorektoru İsa Xəlilov gənclərin milli ruhda yetişdirilməsinə şərait yaratmaq üçün ali məktəbdə keçirilən silsilə tədbirlərdən söz açıb.

 

Nümayiş olunan sənədli filmdə Qarabağın coğrafi ərazisi, təbiəti, əhalisi, mədəni irsi, alban və İslam abidələri, burada mövcud olan qədim mədəniyyətlər barədə geniş məlumat verilib.

 

Əsas məqsəd Qarabağın Azərbaycana məxsus olduğunu, həmçinin Ermənistanın əzəli torpaqlarımıza qarşı əsassız ərazi iddialarını dünya ictimaiyyətinə çatdırmaq və ifşa etməkdir.

 

Film Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə çəkilib.

 

Tədbirdə Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev və universitetin müəllimləri iştirak ediblər.