Bütün xəbərlər
24 fevral, 18:08

Cəmiyyətimizdə formalaşmış stereotiplərə görə, bəzi peşələrlə yalnız qadınlar, bəziləri ilə də kişilər məşğul olur. Məsələn, bənna, çilingər, təmirçi, qaynaqçı, traktorçu, bağban və s. kişi, toxucu, tikişçi, dərzi, xalçaçı və s. isə qadın peşələri hesab edilir. 

Müsahibimiz isə illərdir ki, bu yazılmamış “qanun”u pozan 64 yaşlı qaynaqçı qadındır.

“Azərbaycan müəllimi” Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin qaynaqçı qrupunun istehsalat təlimi ustası Qətibə Əhmədova ilə söhbətləşib.

“Qaynağın sirlərini bir az da onlardan öyrəndim” 

Qətibə Əhmədova 1961-ci ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olub. 1987-ci ildən Lənkəran şəhərində yaşayır. Kolleci qırmızı diplomla bitirən müsahibimiz 41 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur: “1980-ci ildə Bakı Politexnik Texnikumunun Mexanika fakültəsinin “Metalşünaslıq və metalların termiki emalı” ixtisası üzrə təhsil almağa başladım. 1984-cü ildə ovaxtkı 113 nömrəli Texniki Peşə Məktəbində işə qəbul oldum. Orada ixtisas fənn müəllimi kimi çalışdım. İxtisasım uyğun gəldiyi üçün qaynaqçı qrupuna istehsal təlimi ustası təyin edildim. Mənə 1 illik qrup verildi. Daha sonra ixtisas fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsində iştirak edərək yüksək nəticə göstərdim. Bundan sonra məsuliyyətim daha da artdı. Mərkəzimizdə əvvəlki illərin məzunları ilə tez-tez təlimlər təşkil olunurdu, qaynağın sirlərini bir az da onlardan öyrəndim. Üzərimdə çox işləyib bu peşənin peşəkarına çevrildim. 2017-ci ildən indiyədək qaynaqçı qrupunun istehsalat təlimi ustası işləyirəm. Bəzi nəzəri dərsləri də tədris edirəm”. 

Tələbələri ilə çoxsaylı sosial layihələr həyata keçirən müsahibimiz şəhid ailələrini də unutmadıqlarını vurğulayır: “Tələbələrimin qaynaqçı peşəsinə marağı çox böyükdür. Qaynaq etməyi öyrənən kimi qonşu və qohumları üçün qaynaq işləri görürlər. Məktəbimizdə onlar üçün kifayət qədər şərait yaradılıb. Qaynaqçı qrupunun hazırladığı avadanlıqlar müxtəlif tədbirlərdə nümayiş etdirilib. Şəhərimizin parkları üçün oturacaqlar, tullantı qabları, eləcə də yelləncəklər hazırlamışıq. Uşaq bağçalarında bir çox layihələr həyata keçirmişik. “Tikdim ki, izim qala”, “Uşaqlardan uşaqlara”, “Sehrli peşəm” və s. sosial layihələr reallaşdırmışıq. "Tikdim ki, izim qala" layihəsini Lənkəran şəhər İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə həyata keçirmişik. 30-a yaxın sosial baxımdan həssas ailəyə müəyyən avadanlıqlar - şkaf, çarpayı və s. vermişik. “Uşaqlardan uşaqlara” layihəsi çərçivəsində peşə məktəbimizin tələbələri bağça uşaqlarına müxtəlif hədiyyələr təqdim edib. Bağçaların həyətlərində kiçik bağlar salmışıq, su çəkmişik, yelləncəklər, quş yuvaları hazırlamışıq. Röyal İbrahimov və Rameş Zəkiyev adlı iki məzun tələbəm şəhid olub. Onları, ümumiyyətlə, digər şəhidləri və ailələrini də unutmuruq. Şəhid ailələrinin həyətlərində sitrus ağacları əkmişik, övladları üçün yelləncəklər düzəltmişik. Şəhidlərin məzarüstü abidələrinin kənarına yerləşdirmək üçün oturacaqlar da hazırlamışıq”.

“Kadrlarımız işlə təminatda çətinlik çəkmirlər” 

Qaynaqçı peşəsinin kifayət qədər perspektivli olduğunu deyən Qətibə müəllim bu işə həmişə ehtiyac olacağını düşünür: “Məzunlarımızın əksəriyyəti işlə təmin olunur. Bu işə ancaq həvəsi olanlar maraq göstərir. Məzunlarımızdan ölkəmizin müxtəlif şəhərlərində, xarici ölkələrdə belə işləyənləri var. Hazırladığımız kadrlar işlə təminatda çətinlik çəkmirlər”. 

“Peşəmlə fəxr edirəm”

Yeni binaya köçəcəklərini xatırladan Qətibə müəllim Peşə Mərkəzinə başqa rayonlardan da çoxlu tələbə gəldiyini qeyd edir: “Qaynaqçı peşəsi üzrə tədris materiallarının sayının artmasını istəyərdik. Ümumiyyətlə, son dövrlərdə peşələrə maraq çox artıb. Hazırda mərkəzdə təhsil alan qadınların sayı 200 nəfərdir. Bir müddət qadınlar bu peşəyə gəlməyə çəkinirdilər. İndi isə belə deyil, oğlanlarla bərabər qızlar da qaynaqçı, eləcə də digər peşələri öyrənməyə səy göstərirlər”.

Müsahibimiz əlavə edir ki, yeni qəbul olan tələbələri qaynaqçı müəllimlərinin qadın olduğunu biləndə çox təəccüblənirlər: “Xüsusən yeni gələn tələbələr əvvəl buna çox təəccüblənsələr də, qısa müddət sonra işimi görüb bunu adi qəbul edirlər. “Qadın hara, qaynaq hara?” deyənlər də çox olur. İzah etməyə çalışıram ki, istənilən adam istənilən peşəni öyrənərək onun peşəkarına çevrilə bilər. Bir az marağın olsa, öyrənmək heç də çətin deyil. İndi bu iş mənim üçün çox sadədir. Bu peşə ilə məşğul olmağımla fəxr edirəm”.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.