Bütün xəbərlər
24 aprel, 16:14

“Hər yarımilin sonunda - yanvar və iyun aylarında 4-11-ci siniflərdə məktəbdaxili summativ qiymətləndirmə həyata keçirilir. Summativ qiymətləndirmə müvafiq fənnlər, dövlət və tədris dili üzrə aparılır. Eyni zamanda, müvafiq siniflər üzrə xarici dil fənnindən də summativ qiymətləndirmə təşkil olunur. 4, 9 və 11-ci sinif şagirdləri üçün isə bu qiymətləndirmə bütün fənlər üzrə həyata keçirilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil TV-nin "360 dərəcə təhsil" verilişində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova səsləndirib.

O bildirib ki, 2008-ci ilə qədər bu qiymətləndirmə kağız daşıyıcılarda yazılı şəkildə aparılırdı:

“Suallar müəllimlər və məktəb rəhbərliyi tərəfindən hazırlanır, müəyyən olunmuş tarixlərdə şagirdlərə təqdim edilirdi. Şagirdlər bu sualları cavablandırdıqdan sonra müəllimlər təxminən 2-3 həftə ərzində cavabları yoxlayırdılar. Lakin 2018-ci ildən bu prosesin elektronlaşdırılmasına başladıq. İlk olaraq Bakı şəhərində yerləşən 40 məktəbdə bu sistem pilot olaraq tətbiq olundu”. 

Sektor müdiri əlavə edib ki, yanvar ayında 697 ümumtəhsil müəssisəsində 230 mindən artıq şagird summativ qiymətləndirməyə elektron formada cəlb edilib:

“Bu, sadəcə sualların PDF şəklində təqdim edilməsi deyil. Məsələ ondan ibarətdir ki, müvafiq platforma üzərindən suallar hazırlanır və həmin suallar konkret siniflər üzrə sistemə yerləşdirilərək əlaqələndirilir. Artıq imtahan günü şagird məktəbdə təşkil olunmuş İKT laboratoriyasına daxil olur, öz şəxsi hesabına giriş edir və həmin saatda aktivləşmiş sualları ekranda görür. Şagird həmin sualları məktəb binası daxilində cavablandırır. Cavablandırma tamamlandıqdan sonra şagird dərhal öz nəticəsini və topladığı balı görə bilər”.

Onun sözlərinə görə, hədəf bu nəticələrin avtomatik olaraq elektron jurnala inteqrasiyasını təmin etməkdir. Beləliklə, həm şəffaflıq artır, həm də qiymətləndirmənin obyektivliyi qorunur.

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.