
İyulun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb.
ADNSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetdə keçirilən görüşdə tərəflər potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər. Memorandumu ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.
Rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin təhsil imkanları, ikili diplom proqramları və beynəlxalq reytinqlərdə əldə olunan nailiyyətləri barədə məlumat verib. Bildirib ki, ADNSU ölkənin qabaqcıl ali təhsil müəssisəsi olaraq əmək bazarının tələblərinə uyğun kadr hazırlığına xüsusi önəm verir. Onun sözlərinə görə, universitet yüzlərlə özəl və dövlət müəssisəsi ilə əməkdaşlıq edir ki, bu da müxtəlif sahələr üzrə mütəxəssis çatışmazlıqlarının və gələcək potensialın müəyyənləşdirilməsinə imkan yaradır.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxışında qurumun fəaliyyəti və məqsədləri barədə məlumat verib. O, ali təhsil müəssisələri ilə sıx əməkdaşlığın institusional potensialın gücləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar aparılır, təcrübə proqramları təşkil olunur və əmək bazarının tələblərinə uyğun təhsil modelləri hazırlanır. Bu yanaşma, eyni zamanda, gənclərin məşğulluq imkanlarının genişlənməsinə şərait yaradır.
Memoranduma əsasən, tərəflər mühəndislik, texnologiya və sənaye sahələrində fəaliyyət göstərən şirkətlərlə birgə əməkdaşlıq edəcək, işə qəbul meyarları və əmək bazarının tələblərini təhlil edərək məzunların bacarıqları ilə bu tələblər arasındakı fərqlərin azaldılması üçün təkliflər hazırlayacaqlar. Yeni əməkdaşlıq çərçivəsində həmçinin sənaye ilə daha sıx inteqrasiya olunmuş elmi-tədqiqatların aparılması, texniki və innovativ təlimlərin təşkili də nəzərdə tutulur.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər