Bütün xəbərlər
18 sentyabr, 18:41

26 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. “Mərkəzi Asiya+ rektorlar klubunun 6-cı görüşü” Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyinin tarazlaşdırılması mövzusuna həsr olunacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüş çərçivəsində Avrasiya universitetlərinin brend strategiyaları, rəqəmsal transformasiya, qlobal görünürlük və ali təhsildə milli kimliyin qorunması kimi mövzular müzakirə olunacaq. Tədbirin məqsədi Avrasiya ali təhsil məkanında universitetlərin dəyərlər və missiya əsasında inkişaf yollarını, eləcə də qlobal təhsil sisteminə inteqrasiya zamanı özünəməxsusluğun necə qorunub saxlanıla biləcəyini araşdırmaqdır.

Proqramın açılış hissəsində ADNSU-nun rektoru Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsünün təsisçisi, Almatı İdarəetmə Universitetinin prezidenti Assilbek Köçaxmatovun çıxışları nəzərdə tutulur.

Əsas çıxışlarla Hans de Vit (Boston Kolleci, ABŞ) və Dara Melnik (Maastricht Universiteti, Niderland) çıxış edəcəklər. Məruzələrdə ali təhsilin beynəlxalqlaşması, qlobal böhran dövründə ali təhsilin transformasiyası və region anlayışı kimi mövzular ön plana çəkiləcək.

Tədbirin davamında keçiriləcək panel müzakirələrində “Qlobal kontekstdə yerli kimlik”, “Avrasiya universitetləri kimi ortaq mənalı icma: dəyərlər, mədəniyyət və missiya vasitəsilə inkişaf” və “Avrasiya universitetlərinin rəqəmsal strategiyası və beynəlxalq görünürlüğü” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Görüş çərçivəsində həmçinin “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsü üzrə idarəçilik sessiyası, yekun bağlanış, B2B görüşləri, şəbəkələnmə və əməkdaşlıq memorandularının imzalanması planlaşdırılır. 

1 /1

Şərhlər

Xəbər lenti

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.