Bütün xəbərlər
24 yanvar, 15:59

Yanvarın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dramaturq və şair Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən hazırlanmış "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının təqdimatı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri professor Asəf Zamanov Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatına töhfələrindən bəhs edib. A.Zamanov C.Cabbarlının əsərlərinin Türk dünyasına verdiyi dəyərli mesajlarla zəngin olduğunu vurğulayaraq, bu cür nəşrlərin təkcə Azərbaycan üçün deyil, ümumilikdə Türk dünyası üçün böyük mədəni irsin qorunub saxlanılmasına xidmət etdiyini deyib. Prorektor təqdim edilən kitabın drammaturqun ədəbi irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi, "Cəfər Cabbarlı. Seçmə dram əsərləri" kitabının redaktoru Elçin Qafarlı dramaturqun yaradıcılığının Türk dünyası üçün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, kitabda C.Cabbarlının yaradıcılığının müxtəlif dövrlərində qələmə aldığı 7 pyesin türk dilinə tərcüməsi yer alıb. Qeyd edilib ki, ötən ilin dekabrında Ankara şəhərində kitabın geniş təqdimatı keçirilib.

Daha sonra Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilmiş sənədli film nümayiş olunub, ədibin “Ana” şeiri səsləndirilib.

Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı”, ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadov isə “Cəfər Cabbarlı yaradıcılığı metodoloji kontekstdə” mövzularında məruzə ilə çıxış ediblər.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru, yazıçının nəvəsi Qəmər Bağırova babasının zəngin irsi, həyat və yaradıcılığının müxtəlif dövrləri haqqında ətraflı məlumat verib, muzeyin gördüyü işlər, C.Cabbarlının irsinin qorunması və təbliği istiqamətində atılan addımlar barədə danışıb.

1 /9

Şərhlər

Xəbər lenti

13 fevral, 11:17

“Zəkaların mübarizəsi” olimpiadası keçiriləcək

13 fevral, 11:09

Prezident İlham Əliyev: Somalidən bir sıra tələbə Azərbaycanda təqaüdlə təhsil alır

13 fevral, 11:03

BANM-də beynəlxalq elmi konfrans keçiriləcək

13 fevral, 10:56

Naxçıvanda "Əmək bazarına uyğun işçi heyətin formalaşdırılması” mövzusunda seminarlara start verilib

13 fevral, 10:30

Tədqiqaçılar karbon dioksidi günəş işığı ilə hidrokarbonlara çevirən süni yarpaq yaradıblar

13 fevral, 09:54

Koreyada təqaüdlə təhsil almaq istəyənlər üçün yeni fürsət

13 fevral, 09:00

“Qadınlar üçün kosmos” mentorluq proqramına qeydiyyat başlayıb

13 fevral, 08:00

ADA İtaliya Universiteti ilə birgə ikili diplom proqramı həyata keçirəcək

13 fevral, 06:00

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

12 fevral, 18:54

Məktəblilər arasında II fizika-riyaziyyat olimpiadası keçiriləcək

12 fevral, 18:30

Peşə seçimi və psixi sağlamlıq arasında əlaqə var – TƏDQİQAT

12 fevral, 18:00

Telefondan istifadənin mənfi təsirlərini aradan qaldırmaq üçün qadağalar yetərlidir?

12 fevral, 17:56

SDU-nun rektoru vəzifəsi Əminağa Sadıqova həvalə olunub

12 fevral, 16:44

Keçmiş məcburi köçkünlərin 42 ixtisas üzrə peşə bacarıqları artırılır

12 fevral, 16:35

"Müəllimin öz şagirdinə repetitorluq etməsini qadağan edən mexanizm olmalıdır" – Ekspert 

12 fevral, 16:27

Məktəbdənkənar təhsilə dair ilk respublika konfransı keçirilib

12 fevral, 16:08

Bu uşaqlar bağçalardan çıxarıla bilər – Təkliflər hazırlanır 

12 fevral, 15:53

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilkin gözləntiləri tam qarşılayıb – MÜSAHİBƏ

12 fevral, 15:44

Magistraturaya qəbul imtahanı keçiriləcək

12 fevral, 15:33

ADNSU-nun tələbələri müsabiqə qalibi olublar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.