Bütün xəbərlər
4 fevral, 10:00

Bəzi ali təhsil müəssisələrində semestr imtahanları yekunlaşmaq üzrədir. İmtahan sessiyasının başa çatdığı ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialıdır.

“Azərbaycan müəllimi” filialda imtahan sessiyasının gedişini izləyib, müəllim və tələbələrlə həmsöhbət olub. 

Əvvəllcə ali təhsil müəssisəsi haqda qısa məlumat verək. Azərbaycan Müəllimlər İnstitutunun filialı olaraq fəaliyyət göstərən ali təhsil müəssisəsi ölkə başçısının 26 noyabr 2015-ci il tarixli Sərəncamı əsasında yaradılıb. Filialda 1 fakültə, 10 ixtisas var. Burada 136 əməkdaş çalışır, onların 14-ü fəlsəfə doktoru, 12-si dosentdir. Ali təhsil müəssisəsində 1031 tələbə oxuyur. 

“Bütün imtahanlarda ona yoldaşlıq edirəm”

Universitetin həyətinə daxil oluruq, qapıda övladını qucaqlayan valideyn var. Üz ifadələrindən qızının imtahan nəticəsinin yüksək olduğu aydın görünür. Yaxınlaşıram. Bakir Allahverdiyev övladının bütün imtahanlarında ona yoldaşlıq etdiyini bildirir. “Üzügülər gələndə ürəyim dağa dönür. Telefonuna zəng edirəm, cavab vermirsə, demək ki, imtahan hələ yekunlaşmayıb. Səsindən onun nəticəsini bilirəm, məni həmişə sevindirib”.

Burada onun kimi övladını gözləyən onlarla valideyn var, hər birinin həyəcanlı olduğu görünür. 

Həyətdə yavaş-yavaş müzakirələr aparan, lakin gərgin olduqları hiss edilən iki qız var. Hiss olunur ki, imtahana hazırlaşırlar. Birinci kurs tələbəsi olan gənclər günün ikinci yarısında imtahan verəcəklər, psixologiya imtahanına hazırlaşırlar. Ləman və Sehrinin imtahanlarla bağlı təəssüratlarını öyrənirəm, təkliflərini dinləyirəm. 

“Kəsirimiz yoxdur. Bu imtahanın da nəticələrinin yaxşı olacağını gözləyirik” söyləyən Ləman deyir ki, imtahanlar test üsulu ilə olsa, daha yaxşı olar. Ləman və Sehriyə uğurlar arzulayıb yoluma davam edirəm.

Həm müəllim, həm tələbə

Füzulinin Qayıdış qəsəbəsində müəllim işləyən, eyni zamanda, filialın tələbəsi olan Vahid Möhsümov imtahanlarını kəsirsiz başa vuran tələbələrdəndir. Son imtahanını yazılı verən Vahid nəticəsinin yaxşı olacağına inanır. 

“Riyaziyyat-informatika” ixtisası üzrə təhsil alan Məhiyyədin Hüseynov “Riyazi analiz” fənnindən verdiyi imtahanın cavabını gözləyir. Bu, onun 5-ci və sonuncu imtahanıdır: “Deyə bilmərəm ki, imtahanda güzəştlər olur. Ballarımız yazdığımız cavablara uyğun hesablanır, mən burada hansısa uyğunsuzluqla qarşılaşmamışam”.

Tələbələrin həyəcan və sevinc qarışıq ab-havalarından uzaqlaşıb məktəbin binasına daxil oluram. Dəhlizdə bir-birinə dəstək olan, imtahan götürən müəllimin əhvalının necə olduğunu soruşan qrup yoldaşları var. “Jasmin, imtahan necə keçdi, çox sıxışdırdılar?” sualına o, özündən əmin halda “42 bal” deyə cavab verir.
 
İlk olaraq, dekan vəzifəsini müvəqqəti icra edən Xəyyam Bədəlovla həmsöhbət oluram. Xəyyam müəllimin başı dərs cədvəlinə, saatların bölgüsünə qarışsa da, vaxt tapıb bizimlə söhbətləşir. Deyir ki, bu semestrdə filialda 49 qrup üzrə 285 imtahan keçirilir. İmtahanlar üç formada keçirilir: yazılı, şifahi və layihə əsasında (“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alanlar bu formada daha çox imtahan verirlər). Təhsil alan tələbələrə suallar əvvəlcədən təqdim olunur. Suallar fənlərin saatlarına uyğun olaraq hazırlanır.

Xəyyam müəllim qeyd edir ki, imtahanın nəticəsindən razı qalmayan tələbələrin Apellyasiya Komissiyasına müraciət etmək hüququ var.

İngilis dilli qruplarda qeyri-ixtisas fənlərin imtahanı yazılı olaraq təşkil edilir. Bunun üçün tələbələrə 2 saat 15 dəqiqə vaxt verilir. Şifahi imtahanlarda fənn, ixtisas müəllimi və bir nəfər əlavə müşahidəçi iştirak edir.

Şifahi imtahan demişkən, elə birinci mərtəbədə belə bir formada imtahan keçirilir. Otaqdan bir xanım çıxır, imtahanla bağlı fikirlərini öyrənirik. “İngilis dili müəllimliyi” ixtisası üzrə oxuyan Xəyalə Qasımova sonuncu kursdadır: "Artıq sonuncu imtahanımdır. 6 imtahanın biri qeyri-ixtisas, digərləri ixtisas fənni idi. Şifahi imtahan cavabları daha tez öyrənməyimiz baxımdan yaxşıdır. İmtahan “Teams” proqramı vasitəsilə rəhbərlik tərəfindən izlənir". 

Xəyalədən başqa, Aysu Nağıyeva da imtahan nəticələri yüksək olan tələbələrdən biridir: "5 imtahandan 50, birindən isə 49 bal almışam. Bu imtahan da maksimum bal topladıqlarımdandır. 2 imtahanı şifahi, 4-nü isə yazılı olaraq vermişik".

“Biletləri paylayanda tələbələrin dua etmələrinin şahidi oluram”

Tələbə olduğumuz dövrdə hər hansı çətinlik olanda qapısını döydüyümüz insanlar olur. Binada olarkən bəzi tələbələrin yanına qaçdığı gənc əməkdaşları görürəm. Onların bəziləri cavabların nə vaxt çıxacağını soruşur, bəziləri həyəcanlarını, bəziləri isə sevinclərini bölüşür. 

Fatma Əliyeva gənc olmasına baxmayaraq, 16 ildir ki, filialda mütəxəssis kimi fəaliyyət göstərir. Bizə imtahan nəzarətçisi olduğu zamanlarda baş verən hadisələrdən danışır: “Biletləri paylayanda onların emosiyalarının, dua etmələrinin şahidi oluram. Bəziləri əlimin düşərli olduğuna belə inanır”.

Tələbə və məzunlarla iş şöbəsinin mütəxəssisi Qurban Qurbanov isə ən çox qayda pozuntularının yazılı imtahanlarda olduğunu deyir: 

"Əslində, cavabların tez məlum olması baxımından şifahi imtahanlar daha effektivdir, tələbə balını daha tez öyrənir və rahatlıqla digər imtahana hazırlaşır. Şifahi imtahanların videoyazısı da olur. Tələbənin şikayəti olduğu zaman bu videogörüntülərdən istifadə olunur".

İmtahan idarəetmə qrupunun üzvü Səlimə Məmmədova deyir ki, kəsiləciyini fikirləşərək imtahana girən, amma maksimum balla otaqdan çıxan tələbələrin də sayı az olmayıb:

“Bəzi hallarda pilləkənlərdə oturub ağladıqlarını görüb yaxınlaşmışıq. Məlum olub ki, nəticələrinin yüksək olmasına görə sevincdən ağlayıblar”. 

İmtahan qərargahının rəhbəri, filialın direktor müavini dosent Mahir Səlimovla söhbətimizi yekunlaşdırırıq. Mahir müəllim əvvəlkilərlə müqayisədə bu semestrin nəticələrinin daha qənaətbəxş olduğunu bildirir. "Bütün ixtisaslarda xarici dil fənni üzrə imtahanlar şifahi keçirilir. İmtahanlar ikinövbəli təşkil olunur, əsas məqsəd ciddi nəzarətin olmasıdır".

“Şans” imtahanı

O, imtahanda qaydaları pozan tələbələrə qarşı da tədbirlərin görüldüyünü qeyd edir:

"Həmin tələbələr “şans” imtahanına buraxılmır. Elə ona görədir ki, keçirilən 285 imtahanda cəmi üç nəfər qayda pozuntusuna yol verib. “Şans” imtahanının fevralın 5-10-u arasında keçirilməsi planlaşdırılır".

1 /4

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.