Bütün xəbərlər
8 noyabr, 13:33

“Müharibədən sonra vətənpərvərlik mövzusunun gənc nəsillərə çatdırılması üçün çalışdım”

Vətən müharibəsində yüzlərlə təhsil işçisi fədakardacasına döyüşüb. Onlardan biri də gənc müəllim, Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan “Marş irəli”  layihəsinin təşəbbüskarı və icracısı Mənsum Babayevdir.

1994-cü ilin 16 aprelində Biləsuvar şəhərində anadan olan müsahibimiz Lənkəran Dövlət Universitetində “Tarix-coğrafiya” ixtisası üzrə ali təhsil alıb. 2019-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur. İlk iş yeri Biləsuvar rayonu Yuxarı Cürəli kənd tam orta məktəbi olub. Növbəti il yenidən bu müsabiqədə iştirak edərək  müəllimlik  fəaliyyətini Yardımlı rayonu Bürzünbül kəndində davam etdirib. Daha sonra Cəlilabad rayonunun Fətullaqışlaq kəndində, Biləsuvar rayonu Yuxarı Cürəli kəndində dərs keçib. Bu il direktor müavinlərinin işə qəbulu imtahanında uğur qazanıb və Biləsuvar rayonu Ağayrı kənd məktəbinə direktor müavini təyin edilib.

Həm aprel döyüşləri, həm də Vətən müharibəsi iştirakçısı Mənsum müəllim deyir ki, 2016-ci ildə hərbi xidmətdə olan zaman aprel döyüşlərinin iştirakçısı olub, Tərtər və Talış istiqamətlərində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub: “27 sentyabr 2020-ci il tarixində Füzuli rayonuna getmişəm. İlk döyüşümüz elə oktyabrın 1-də Füzuli istiqamətində olub. Sonrakı günlərdə isə Hadrut, Ağoğlan, Xocavənd, Şuşa döyüşlərində iştirak etmişəm. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam”.

Həmsöhbətimizin sözlərinə görə, həm aprel döyüşlərinin, həm də  Vətən müharibəsinin iştirakçısı olmağı onun “Marş irəli” layihəsinin ərsəyə gəlməsinə səbəb olub: “Bizim uşaqlıq, gənclik illərimiz müharibə dövrünə təsadüf etdiyindən daha çox ağrı-acı ilə üzləşdik. Bizim böyüdüyümüz mühitlə indiki gənclərin böyüdüyü sosial mühit arasında bir qədər fərq var. Ona görə də vətənpərvərliyin daha geniş formada təbliği vacibdir. Bunları nəzərə alaraq, layihəni hazırlamağa qərar verdim, müharibədən sonra hərbi vətənpərvərlik mövzusunun gənc nəsillərə çatdırılması üçün çalışdım”.

M.Babayev qeyd edir ki, layihə çalışdığı məktəbdə daimi fəaliyyət göstərəcək “Marş irəli”  vətənpərvərlik dərnəyinin yaradılmasını nəzərdə tutur. Bu dərnək  vətənpərvərliyi təbliğ edən müsabiqələrin və yarışların təşkili ilə məşğul olaraq, şagirdlərdə Vətən sevgisinin yüksəldiməsinə, milli və ümumbəşəri dəyərlərin inkişafına yardım göstərəcək: “Bu məqsədə çatmaq üçün layihənin bir sıra vəzifələri var. Bunlara layihə ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılması,  “Marş irəli” vətənpərvərlik dərnəyinin rəhbərinin seçilməsi, seçilmiş rəhbərin (müəllimin) və köməkçisinin təlimatlandırılması və illik proqramın yazılması, “Marş irəli” dərnəyinin təsisi və fəaliyyətə başlaması, yürüşün (parad) təşkili, rəsm müsabiqəsi, atıcılıq yarışının təşkili və s. daxildir”.

 

1 /8

Şərhlər

Xəbər lenti

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30 aprel, 14:34

Respublika ərazisi üçün may ayına olan hava proqnozu açıqlanıb

30 aprel, 14:26

Qlobal meqatendensiyalar və onların təhsilə təsiri – Andreas Şleyxer yazır

30 aprel, 14:24

Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub

30 aprel, 14:19

"Yüksəliş" müsabiqəsinin əyani mərhələsinə keçənlərin sayı açıqlanıb

30 aprel, 14:19

Təhsil ekosistemləri: yaxın gələcəkdə müasir təhsilin inkişaf tendi kimi

30 aprel, 13:58

DİM bəzi imtahanların başlama saatını dəyişib

30 aprel, 13:27

Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib

30 aprel, 13:25

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.